Xalq Mahnisi - Ay qız,sənə mayiləm - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Ay qız, sene mayilem
Xalq mahnısı
Ay qız, sənə mayiləm, boynunda həmayiləm.
Dost payı şirin olar, hər nə versən qayiləm.
Dost payı şirin olar, hər nə versən qayiləm.
Nəqarət:
Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı.
Mən sənə qurban, mən sənə heyran.
Aldı mənim canımı.
Mən sənə qurban, mən sənə heyran.
Ay xanım, xanım, sən mənim canım,
Gəl səni alım, qurbanın olum, ay xanım.
II
Araxçının məndədir, sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə, mənim gözüm səndədir.
Dünya gözələ dönsə, mənim gözüm səndədir.
Mən aşiq gündə dara,zülfünü gündə dara,
Səndən əlim üzmərəm,çəksələr gündə dara
Səndən əlim üzmərəm,çəksələr gündə dara
Xalq Mahnisi - Ay qız,sənə mayiləm - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Reviewed by noname
on
Mayıs 30, 2019
Rating:
Hiç yorum yok: