Qulu Esgerov - Ay qız - Şarkı Sözü,Lyrics,Mahnı Sözləri
Ay qız
Mus:Qulu Əsgərov
Söz:Tofiq Bayramov
Söz:Tofiq Bayramov
---
Səndə vardır əzəl gündən etibar
Eşqimizdir heç solmayan ilk bahar,ay qız
Oğrun-oğrun mənə nəzər salanda
Ürəyimə şəfəq salır o gözlər ay qız
Eşqimizdir heç solmayan ilk bahar,ay qız
Oğrun-oğrun mənə nəzər salanda
Ürəyimə şəfəq salır o gözlər ay qız
Nəq:
Yox lalə al yanağın, can alan gözün
Xoşdur mənə sadə qəlbin, söhbətin,sözün
Könül sevən gözəl olar,bilirsən özün
Ürəyimdə bircə sənə eşqim var,ay qız
Xoşdur mənə sadə qəlbin, söhbətin,sözün
Könül sevən gözəl olar,bilirsən özün
Ürəyimdə bircə sənə eşqim var,ay qız
Kiçik qəlbim sığışmayır böyük dünyaya
Ucalmışdır başım mənim, Günəşə, Aya
Əllərin dağ oynadar, qaldırar qaya
Əyər ötsə sənin kimi, yarə-yar, ay qız
Ucalmışdır başım mənim, Günəşə, Aya
Əllərin dağ oynadar, qaldırar qaya
Əyər ötsə sənin kimi, yarə-yar, ay qız
Sənə ürək sözlərimi açıb deyəndə
Şirin arzu,təmiz niyyət oyandı məndə
İlk baharda ilk qaranquş uçub gələndə
Toyumuzdan xəbər versin kaman, tar ay qız.
Şirin arzu,təmiz niyyət oyandı məndə
İlk baharda ilk qaranquş uçub gələndə
Toyumuzdan xəbər versin kaman, tar ay qız.
Qulu Esgerov - Ay qız - Şarkı Sözü,Lyrics,Mahnı Sözləri
Reviewed by noname
on
Mayıs 26, 2019
Rating:
Hiç yorum yok: