Xalq Mahnisi - Ay qaşı gözü qara qız - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Ay qaşı - gözü qara qız

Xalq mahnısı


Bülbüllər gəzər bağı,
Yar gələr,süzər bağı
Dodağın gül qönçəsi
Açılsa, bəzər bağı

Nəq:.

Tellərini yan dara,qız
Eylə dərdimə çara, qız
Ay qaşı-gözü qara qız,
Eylə dərdimə çara, qız

Mən aşiqəm halına
Üzdə qara xalına
Lalə, bənövşə yetməz,
Yarın gül camalına

Bulud ötüb, Ay hanı?
Qaşın kimi yay hanı?
Gəzdim eli-obanı
Eldə sənə tay hanı?





Xalq Mahnisi - Ay qaşı gözü qara qız - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Xalq Mahnisi - Ay qaşı gözü qara qız - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Mayıs 16, 2019 Rating: 5

1 yorum:

  1. Ay qaşı gözü qara qız mahnısının sozler yazarı ve bestakarı kimdir?

    YanıtlaSil

Blogger tarafından desteklenmektedir.