Hacı Xanməmmədov - Ay gözəl - Mahni Sozleri - Şarkı sözü,Mahnı sözü,Lyrics

Ay gözəl


Mus: Hacı Xanməmmədov
Söz:  Tofiq Mütəllimov



Gəzirəm çəmənləri, sən gəzdiyin düzləri,
Yolunda nur etmişəm bir cüt ala gözləri
Saçlarımı oxşayan sərin küləkdir sənsiz
Ay gözəl, bu gözəllik nəyə gərəkdir sənsiz?

Çıraq olub lalələr,
Yanır yollar boyunca
Süzürəm al gülləri,
Çiçəkləri doyunca
Deyirəm ki, sevdiyim
Güllər içində təkdir
Ay gözəl, bu gözəllik,
Sənsiz nəyə gərəkdir


Ceyranlara baxıram, baxışın yada düşür
Bu sevdalı ürəyim təzədən oda düşür
Gəl məni qınama çox, sevən odlu ürəkdir
Ay gözəl, bu gözəllik sənsiz nəyə gərəkdir?




Hacı Xanməmmədov - Ay gözəl - Mahni Sozleri - Şarkı sözü,Mahnı sözü,Lyrics Hacı Xanməmmədov - Ay gözəl - Mahni Sozleri - Şarkı sözü,Mahnı sözü,Lyrics Reviewed by noname on Mayıs 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.