Xan Susinski - Ay gözəl - Mahni Sozleri - Şarkı Sözü,Mahnı sözü,Lyrics
Ay gözəl
Mus:. Xan Şuşinski
Söz. Məmməd Rahim
Söz. Məmməd Rahim
Oğlan: Ay gözəl, gedək gəzməyə bağa,
Qoy bir az o gül yanağa
Qoy bir az o gül yanağa
Qız: Yanaqlarımı neylərsən, oğlan,
Dağlarda çiçək görməmisənmi?
Dağlarda çiçək görməmisənmi?
Oğlan: Ay qız, sevmişəm gül camalını,
Bir insaf elə, göstər xalını!
Bir insaf elə, göstər xalını!
Qız: Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi
Məgər hil, mixək görməmisənmi
Oğlan: Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər!
Səbrim qalmadı, qaşını göstər!
Qız: Oğlan, qaşımı neylərsən,məgər
Gecələr Hilal görməmisənmi?
Gecələr Hilal görməmisənmi?
Oğlan: Xumar dodağın dərdlərə dərman,
Onlardan mənə bir busə,canan!
Onlardan mənə bir busə,canan!
Qız: Dodaqlarımı neylərsən, oğlan
Məgər neçə bal görməmisənmi?
Məgər neçə bal görməmisənmi?
Xan Susinski - Ay gözəl - Mahni Sozleri - Şarkı Sözü,Mahnı sözü,Lyrics
Reviewed by noname
on
Mayıs 16, 2019
Rating:
![Xan Susinski - Ay gözəl - Mahni Sozleri - Şarkı Sözü,Mahnı sözü,Lyrics](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhblgEZzc-BTCjYbgW_UpVqsZtAr4b2Ik1-xdirmnY61FMI47m6_qP6ji9HXKZHB21Fy-7lbBqPdQk1laTEmGqPK77oUZH3sHMo3KfuWxAC3c1xKZfF-c_9gqCzP5fqwAyXRWfoASx6Izc/s72-c/foto+min+bir+mahni+soz.jpg)
Hiç yorum yok: