Xumar Qedimova - Ata - Şarkı Sözü,Mahnı sözü,Lyrics

Ata


Mus: Xumar Qədimova
Söz: Fəxrəddin Əliyev
---

Dəyişib gözümdə aləm büsbütün
Vaxt-vədə nə yaman daralır,ata?
Nə tez yaxınlaşdı qürubu ömrün,
Ömür-gün günəşi saralır ata?

Ölüm sinəsinə üstümə çəkdi
Gözümdə yaş oldu ayrılıq dərdi
Sən ki yeriyəndə yer titrəyirdi
Düşdüyün bu halın nə haldır,ata!

Amansız hökmünə bax yerin,göyün
Alır ömrümüzü neçə toy-düyün
Bir vaxt qucağında uşaq gördüyün
Oğlunun özü də qocalır, ata!

Unutmaq olmazdı bu dərdi,qəmi
Əgər tərk etsəydi ruhun qəlbimi
Bəşərin ən böyük övladı kimi
Adın varlığımda ucalır, ata!




Xumar Qedimova - Ata - Şarkı Sözü,Mahnı sözü,Lyrics Xumar Qedimova - Ata - Şarkı Sözü,Mahnı sözü,Lyrics Reviewed by noname on Mayıs 14, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.