Aydın Sani & Süleyman Niftəliyev - Unut - Mahni Sozleri - Lyrics



Söz: İlqar Fəhmi Musiqi: Aydın Sani & Süleyman Niftəliyev
----



Unut Unut məni , yubanma, Çıxıb gedim yadından, Əsər də qalmasın qoy, Bu sevginin dadından. Unut məni səhərlər, Üfüq işıldayanda, Yavaşca pəncərəndə Budaq xışıldayanda. Unut məni günorta, Külək günü əyəndə, Divanda halsız-halsız Kitab vərəqləyəndə. Unut məni hər axşam, Sıxıntıdan bezəndə, Durub gedib ərinçün Limonlu çay süzəndə… Unut yağışda, qarda, Payızda ,yazda, qışda. Unut məni, unut tam. Səhər...Günorta...axşam...

Aydin Sani Suleyman Nifteliyev Unut Ilqar Fehmi







Aydın Sani & Süleyman Niftəliyev - Unut - Mahni Sozleri - Lyrics Aydın Sani & Süleyman Niftəliyev - Unut  - Mahni Sozleri - Lyrics Reviewed by minbirmahni on Nisan 25, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.