Yalcin Rzazade - Arzular qovuşanda - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Arzular qovusanda
Yalçın Rzazade

Mus:Oqtay Kazimli
Söz:Cabir Novruz
---







Hər ürək bir ümidlə,bir inamla
yaşayır bu cahanda
Hər nəğmə bir alovla,bir ilhamla
yaşayır bu cahanda
Hər qışı bahar gözlər,hər zirvəni
qar gözlər

Dəniz daşar,dalğalar coşar
gur sular qovuşanda
Duyğular üzə çıxar,çiçəklər dizə çıxar
Tele gülər,baxışlar gülər
arzular qovuşanda.

Nəq:

Çapılar ən qəlbi dağlar
kəsilər ən böyük ahlar
Bir sözlü,bir diləkli insanlar qovuşanda
Hər ürək bir ümidlə,bir inamla yaşayar bu cahanda
Hər nəğmə bir alovla,bir ilhamla yaşayar bu cahanda.

Nəq:

Ömür edər min il bəşər
qocalar da gəncləşər
İtkin düşmüş,xəbəri gəlmiş oğullar qayıdanda
Dünya silahsız olar,kədərsiz,ahsız olar
İşıq dolu,məhəbbət dolu vicdanla qovuşanda.




Yalcin Rzazade - Arzular qovuşanda - Mahnı sözləri,Şarkı sözü,Lyrics Yalcin Rzazade - Arzular qovuşanda - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Nisan 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.