Aparma qəlbimi - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Aparma qəlbimi
Mahni sozleri,Sarki sozu
Mus: Nəriman Məmmədov
Söz: İbrahim Göyçaylı
Söz: İbrahim Göyçaylı
---
Günəş nur səpibdir səhər üzünə
O səhər qəlbimdə nəğmə oxuyur
Odlu yanağına odlu gözünə
Təbiət nə gözəl naxış vurubdur
O səhər qəlbimdə nəğmə oxuyur
Odlu yanağına odlu gözünə
Təbiət nə gözəl naxış vurubdur
Nəq:
Qoşa yol gəlibdi səninlə bahar
Düzlərdən yoluma boylanıb lalə
Qəlbimdən qəlbinə bir sevda baxar
Aparma qəlbimi gözəlliyinlə
Dəyəndə saçına səhər nəfəsi
Gözəllər boylanar, donar yerində
Qırılıb qəlbimin büllur şüşəsi
O incə o zərif gülüşlərindən
Gözəllər boylanar, donar yerində
Qırılıb qəlbimin büllur şüşəsi
O incə o zərif gülüşlərindən
Aparma qəlbimi - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Nisan 10, 2019
Rating:
![Aparma qəlbimi - Mahnı sözləri,Şarkı sözü,Lyrics](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhblgEZzc-BTCjYbgW_UpVqsZtAr4b2Ik1-xdirmnY61FMI47m6_qP6ji9HXKZHB21Fy-7lbBqPdQk1laTEmGqPK77oUZH3sHMo3KfuWxAC3c1xKZfF-c_9gqCzP5fqwAyXRWfoASx6Izc/s72-c/foto+min+bir+mahni+soz.jpg)
Hiç yorum yok: