Anama bənzəyən analar - Mahnı sözü,Şarkı sözü,Lyrics

Anama bənzər analar


Mus:.Rəşid Şəfəq
Söz:.Hafiz Əli
---




Qayğılı, mehriban baxışlarıyla
Analar anama bənzəyir bir az.
Zərif üzlərinin qırışlarıyla
Analar anama bənzəyir bir az.

Analar anama bənzəyir düzü,
Öz mehri,ülfəti,məhəbbətilə,
Mənalı,hikmətli söhbəti,sözü
Ağıllı öyüdü,nəsihətilə

Anama bənzəyir analar bir az,-
Gözləri yol çəkib qəmlənən zaman.
Anama bənzəyir analar bir az,
Qara kirpiklər nəmlənən zaman.

Sevincli fərəhli gün keçirəndə
Nurlu üzlərində gəzər bahar yaz
Gəlin gətirəndə qız köçürəndə
Analar anama bənzəyir bir az

Odlar düşdümü bir el bir ölkə
Ürəkdən sızlayır acıyır onlar
Analar anama bənzəyir bəlkə
Anama anadır bacıdır onlar






Anama bənzəyən analar - Mahnı sözü,Şarkı sözü,Lyrics Anama bənzəyən analar - Mahnı sözü,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Nisan 06, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.