Metanet Iskenderli - Anam, hardasan? - Şarkı sözü,Lyrics,Mahnı sözü

Anam,hardasan?


Mus və söz.: Asif Kərimov
---



Anam  mənim,səndən ayrı düşəli,
Həsrətlə yanmışam mən, gülməmişəm.
Ah-vaynan günüm keçib dünyada,
Alıbdır dağıml çən, gülməmişəm


İndi bu qəfəsdə çatmır nəfəsim,
Kəsir nəfəsimi bağlı qəfəsim.
Sənsiz yaşamağa gəlmir həvəsim,
İzin ver yanına,qoynuna gəlim.


neq

Ürək dözmür bu həsrətə,anam,gəl,
Yandı bağrım döndü közə,anam,gəl.
Bircə anlıq qayıt layla çal da get,
Bu sınıq könlümü oxşa, al da get.

Bu geniş dünyada tənhayam indi,
Gözümün nuru gəl,anam,hardasan?
Hər adın gələndə göynədi içim,
Aradım,axtardım,anam,harsasan?

İnsaf olmaz imiş zalım fələkdə,
Ayrı saldı məni anam Mələkdən.
Dilsiz körpə ikən bağlı bələkdə,
Hardan tapdı məni qəm,qüssə,həsrət?

Nədən tənha qaldım,nədir günahım,
Göyləri yandırır kədərim-ahım.
Nə adla vəfasız dünyaya baxım.
İzin ver yanına,qoynuna gəlim.







Metanet Iskenderli - Anam, hardasan? - Şarkı sözü,Lyrics,Mahnı sözü Metanet Iskenderli - Anam, hardasan? - Şarkı sözü,Lyrics,Mahnı sözü Reviewed by Mrs-N on Nisan 06, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.