Zamiq Hüseynov ft Elşad Xose - Özü bilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Zamiq Huseynov ft Elsad Xose - Ozu biler
Mahni sozleri,Sarki sozu



Əgər qızın tələbi oyadırsa əsəbi,
Nəsə bir yol tap, qır, demə səbəbi,
O da özü bilər
Qız özü bilər.
Biri kinlə, biri saf ürəklə əlini sıxar
Biri sənə görə var, biri əlinə baxar
Dost özü bilər,
Ehh özü bilər.

loading...



Kimə su, kimə zəhər, kimi sınağa çəkər, Nökəri edib ağa, edər ağanı nökər.
Həyat özü bilər, Həyat özü bilər.
Kimin əli çox uzun, kimin əlində qalar,
Kimə varı bol edər, kimin əlindən alar, Həyat özü bilər,
Onun özü bilər.




Islanmışam mən onsuz da, havanın nə fərqi var?
Bir gün yağar yağışlar, bir gün yağar dolu qar
Hava özü bilər
Onun özü bilər.
Bu həyatın hər anını mahnılarına qatar
Yazıb üzə çıxarar, ya da yandırıb atar
Şair özü bilər
Onun özü bilər




Xose: Səhər oxunur azan
Sonra şəhər oyanır
Kimi yolundan azan
Kimi avaralanır
Bir ailədə nişan
Bir ailə boşanır
Hər kəsin öz həyatı
Və özü bilər
Hərənin öz xaçı, öz Allahı
Öz əqidəsi, öz inamı
Özü bilər
Kim kimlə necə nə cür
Harda edir günahı
Əşi özü bilər
Hamı özü bilər




Kimə su, kimə zəhər, kimi sınağa çəkər, Nökəri edib ağa, edər ağanı nökər.
Həyat özü bilər, Həyat özü bilər.
Kimin əli çox uzun, kimin əlində qalar,
Kimə varı bol edər, kimin əlindən alar, Həyat özü bilər,
Onun özü bilər.







#minbirmahni
Zamiq Hüseynov ft Elşad Xose - Özü bilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics Zamiq Hüseynov ft Elşad Xose - Özü bilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 12, 2019 Rating: 5

1 yorum:

Blogger tarafından desteklenmektedir.