Xalq Mahnısı - Alma Almaya Bənzər - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Xalq Mahnisi - Alma Almaya Benzer
Mahni Sozleri, Şarkı Sözü


Alma almaya bənzər,
Alma agacı bəzər,
Bu yerlərin qızları
Ahu ceyrana bənzər.


Nəq:


Sən mənim öz gülümsən,
Gülümsən, bülbülümsən.
Bir yandan yaxın qonşum,
Bir yandan sevgilimsən.


Agacda xəzələ bax,
Dibində gözələ bax.
Öz yarın burda qoyub,
Sərgərdan gəzənə bax.

loading...

Kür qırağı sərindir,
Suya girmə dərindir.
Məni bu hala salan
Bir alagöz gəlindir.

#minbirmahni



Xalq Mahnısı - Alma Almaya Bənzər - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Xalq Mahnısı - Alma Almaya Bənzər - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.