Okaber - İnsan dedilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Okaber - Insan dediler
Mahni sozleri,Sarki sozu





Bu oyunların sonuna udan, uduzan dedilər,
Yazdığım sətirlərə güldülər, asan dedilər.
İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət
_Allahu Əkbər - deyib oxunsun azan_ - dedilər.


_Öz əsərlərində yaşayanlar ölmür_ - yazıb, dahilər,
Unudulduğumuz yerlərə fəxri xiyaban dedilər.
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər
Boğulan insan görüb: _Qoy ölsün nadan_ - dedilər.


loading...

Daşlanmış qadının fəryadı göylərə sovrulanda
_Şəriətdə belədi qanun, buyurub Quran_ - dedilər.
_İnsanları niyə bədbəxt elədiz?_ - soruşanda
_Bizlərdə nə şərəf var, nə də vicdan_ - dedilər.



Küçədə yatanların ağrı, əzabı gözə görünməz,
_Sökülən daxma yerinə tikilir fantan_ dedilər.
Dedilər: _Şəhidlər ölməz_ guya ki, _Vətən bölünməz_
Satılan torpaqların şərəfinə şampan dedilər!


_Müharibə davam etsə, tökülər qan_ - dedilər,
_Bizə vacib həyatda pul, bir də can_ - dedilər.
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?!
_Bilmirik nə qədər itirib Azərbaycan_ - dedilər.(x2)


Mətnimə yaşadan sətrimə dərman dedilər,
Sinəmə orden taxıb, qətlimə fərman dedilər.
Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm,
_Sən hür, yavaş-yavaş gedir karvan_ - dedilər


Anaların tapdalanmış haqları unuduldu,
Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər.
Şuşada Xarı Bülbül solub quruduldu,
_Günahkar biz deyilik, rus və koçaryan_ - dedilər.


Benzin bahalaşmasaydı özümüzü yandırardıq,
_Benzin nəyinə gərəkdi, elə-belə yan_ - dedilər,
Biz qansaydıq, hamını qandırardıq,
Niyə bizə nökər, özlərinə xan dedilər?!


Batdıqca batırıq günah ümmanında
_Ölün batın qalın, lütüryan_ - dedilər
Okaberəm, yığışdıq canavar ünvanında
_Nədir canavar? Hansı ünvan?_ - dedilər.



_Müharibə davam etsə, tökülər qan_ - dedilər,
_Bizə vacib həyatda pul, bir də can_ - dedilər.
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?!
_Bilmirik nə qədər itirib Azərbaycan_ - dedilər. (x2)


- Bir söz de mənə, Nəsimi, vəsf elə məni, şair.
- Vəsf zamanı deyil, Afət.
- Ölümə gedirəm, yalvarıram.
- Səni bu hüsnü camal, bu kamal ilə görüb.
Qorxdular həqq deməyə, döndülər insan dedilər.








#minbirmahni #rep #azerirep
Okaber - İnsan dedilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics Okaber - İnsan dedilər - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.