Flora Kərimova - Şıltaq Qız - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Flora Kerimova - Siltaq Qiz
Mahni Sozleri - Sarki Sozu





Söz: Fikrət Qoca
Mus: Ramiz Mirişli
İfa: Flora Kərimova, 1974
Müşayiət: Yuri Silantyev, Umumittifaq Televiziya və Radiosunun Estrada Simfonik Orkestri

1.

Gör nə şıltaqdı Günayım,
Tez küsər, tez də barışar.
Gah bir nəğməyə dönər o,
Bəzən od olar, alışar.

Nəqarət:

loading...
Çöllər boyu Günay qaçar,
Günay gülər, güllər açar.
Kəpənəklə qoşa uçar,
Dəcəl Günay.


Yağar çölə gülüşləri,
Özü gözəl, nazı şirin
Dəcəl Günay, gözəl Günay.
2.

Bir tək çiçəkdir Günayım,
Küləklər telini öpər.
Bir al şəfəqdir Günayım,
Çiçəklər əlini öpər.
3.

Nə tez böyüdü, boy atdı,
Uzandı boyu Günayın.
Qız nişanlanıb bu bahar,
Olacaq toyu Günayın.















#minbirmahni
#mahnisozleri
#şarkısözü
#florakarimova
#florakərimova
#xalqartisti
#mahnilar
#bəstəkarmahnıları
#azerikaraoke
Flora Kərimova - Şıltaq Qız - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Flora Kərimova - Şıltaq Qız - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 10, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.