Elmira Rəhimova - Bayram Axşamlarında - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Elmira Rehimova - Bayram Axsamlarinda
Mahni Sozleri  - Sarki Sozu




Söz: Fikrət Qoca
Mus: Ramiz Mirişli
İfa: Elmira Rəhimova, 1983
Müşayiət: Baba Salahov, "Araz" ansamblı



1.
Yollar əlvan boyanar,
Evlərdə arzu yanar.
Gözlərə sevinc qonar,
Bayram axşamlarında.



loading...


Nəqarət:
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar, hey!
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.




2.
Görməzsən yalqızları,
Al geyər el qızları.
Lalə kimi qızarar
Bayram axşamlarında.


3.
Hər tərəf işıq olur,
Başqa yaraşıq olur,
Göy yerə aşiq olur,
Bayram axşamlarında.




#minbirmahni
Elmira Rəhimova - Bayram Axşamlarında - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Elmira Rəhimova - Bayram Axşamlarında - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 12, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.