Damla - Can dostum - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Damla - Can dostum
Mahni sozleri,Sarki sozu





Pərişan halıma ortaq olanım
Bütün dərdlərimə dərman olanım
Mənim ürəyimdə məskən salanım
Yoxdur səndən başqa içdən yananım
Ey dost
Ey dost


Mənim yuxularda yol göstərənim
Kimsə sənin qədər dəyər vermədi
Sən getdin qalmadı heç bir təsəllim 
Rəsmindən alıram ətrini indi
Ey dost
Ey dost
loading...



İstəsəydin, dünyanın axırına gedərdim 
İstəsəydin, canımı sənə fəda edərdim 
Gücüm yetdiyi qədər, çalışdım, vuruşdum mən
Bir zamanı, bir səni dayandıra bilmədim
Can dostum!
İndi sən göydəsən mən isə yerdə
Can dostum!
Dünyanın dərdini böldük bir yerdə
Can dostum!
Ağladıq bir yerdə, güldük bir yerdə
İndi yoxluğuna mən necə dözüm
İndi yoxluğuna mən necə dözüm


Doğmalar içində ən doğma kəsim 
Olmazsa olmazım, döyünən nəbzim 
Cismin çıxıb gedər, bəlkə də dostum 
Ruhun mənimlədir, bu mənim bəsim
Ey dost
Ey dost....






#damla
#dost
#damlakaraoke
#mahnisozleri
#damla2019
Damla - Can dostum - Mahnı sözləri,Şarkı sözü,Lyrics Damla - Can dostum - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 09, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.