Aydın Sani - Sarı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Aydin Sani - Sari
Mahni Sozleri - Sarki Sozu






Bu könül ta o qədər gəlmiş idi sarı sənə...
Az qalırdı eliyə səcdə diyə tarı sənə... 
Həsrətindən saralıb soldum axır mən qaragün... 
Bəxtə bax söylədilər ki, yaraşır sarı sənə... 
Həsrətindən saralıb soldum axır mən qaragün... 
Bəxtə bax söylədilər ki, yaraşır sarı sənə...
Bu qədər yükləmə ey dil mənə gəl dərdi qəmi... 
Böl ata malı kimi yarı mənə yarı sənə...
Ölçmə hər bir şeyi öz arşının ilə ey ürək...
Nədir bu ölçü kim öyrətdi bu meyarı sənə...


loading...



Kim kimi sevsə əyər eyniləşər yarı ilə...
Sevmə dünyanı ki, qoy olmuya oxşarı sənə... 
Qoca dünyadı bəzək vursada aldanma ona...
Kimə rəhm etdi ki, rəhm eyliyə bu qarı sənə... 
Kölgə tək vermə məhəl qoy sürünə ardınca...
Sən sürünsən dəyişər əksinə rəftarı sənə...
Çox ağır yükdü bu eşqin yükü Aydın girmə... 
Fələk onsuzda nəsib etməyəcək yarı sənə...


Söz - Mus: Aydin Sani





MinBirMahni
Aydın Sani - Sarı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Aydın Sani - Sarı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 09, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.