Aman Aman - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Aman Aman
Mahni Sozleri - Lyrics
Mahni Sozleri - Lyrics
Mus: Ramiz Mirişli
Söz: Fikrət Qoca
---
Söz: Fikrət Qoca
---
Özü yazın ilk çiçəyi
Dodaqları gül ləçəyi
Tay eyləmə hər göyçəyi
Göz qaşından aman aman...
Dodaqları gül ləçəyi
Tay eyləmə hər göyçəyi
Göz qaşından aman aman...
Baxsa ürək tel tel olar
Dəli könlüm bülbül olar
Xoş sözündən daş gül olar
Söz daşından aman aman...
Dəli könlüm bülbül olar
Xoş sözündən daş gül olar
Söz daşından aman aman...
Zərifdir kəpənək kimi
Mehribandır ipək kimi
Əgər coşsa külək kimi
Savaşından aman aman...
Mehribandır ipək kimi
Əgər coşsa külək kimi
Savaşından aman aman...
Yanağında gündüz yanar
Gözlərində ulduz yanar
Bu mənzildə bir qız yaşar
Qardaşından aman aman...
Gözlərində ulduz yanar
Bu mənzildə bir qız yaşar
Qardaşından aman aman...
#minbirmahni
Aman Aman - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Reviewed by noname
on
Ocak 28, 2019
Rating:
Hiç yorum yok: