Akif İslamzadə, Flora Kərimova - Vaxtında Gələr - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Akif İslamzade - Flora Kerimova
Vaxtinda Geler - Mahni Sozleri - Sarki Sozu


("Xüsusi vəziyyət" filmindən mahnı)
Söz: Ramiz Rövşən
Musiqi: Tofiq Quliyev
İfa: 1986


Akif:

Dünyanın varına yoxuna baxmaz
Gələndə soluna sağına baxmaz
Saçın qarasına ağına baxmaz
Sevgi haçan gəlsə vaxtında gələr...
Vaxtında gələr... vaxtında gələr...

loading...

Flora:

Sevgiyə çağıran yaz havasında
Ürəyin çırpınar öz qəfəsində
Lap son dəqiqəmdə son nəfəsimdə
Sevgi haçan gəlsə vaxtında gələr...
Vaxtında gələr... vaxtında gələr...


Akif - Flora:


O gün ki gözünə görünəcək yar
Ağaran saçında əriyəcək qar
Dünyada tək bircə vaxtsız əcəl var
Sevgi haçan gəlsə vaxtında gələr...
Vaxtında gələr... vaxtında gələr...

#minbirmahni
Akif İslamzadə, Flora Kərimova - Vaxtında Gələr - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Akif İslamzadə, Flora Kərimova - Vaxtında Gələr - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.