Ağarma Saçım - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Agarma Sacim Sozleri)

Agarma Sacim - Mahni Sozleri - Sarki Sozu

Mus: Əlibaba Məmmədov

Sonsuz ümidlər yığınağı
Qəlbim olub qəm oylağı
Ömrün bəhər verən çağı
Ağarma saçım ağarma...


loading...
Nəq:

Qara saça ağ xal düşər
Könlümə min məlal düşər
Gözəllər də yan ötüşər
Ağarma saçım ağarma...

Bəyaz qılma siyah telim
Çevirmə ömür məhvərim
Sənsən cavanlıq çəpərim
Ağarma saçım ağarma...

nəq:

Ömrün zinətdir bahar
Qəlb üşüdər xəzanda qar
Gəl bağlayaq əhdi ilqar
Ağarma saçım ağarma...




#minbirmahni







Ağarma Saçım - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Agarma Sacim Sozleri) Ağarma Saçım  - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Agarma Sacim Sozleri) Reviewed by noname on Ocak 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.