Ağ Qızılım - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Ag Qizilim - Mahni Sozleri - Sarki Sozu
Söz: Rüfət Zəbioğlu
Mus: Oqtay Zülfüqarov
Mus: Oqtay Zülfüqarov
Ağ qızılım, ürəyimdə hərarətimsən,
Torpağıma tükənməyən məhəbbətimsən.
Gözəllərin əlvan donu, ləçəyi oldun,
Arzuların torpaq üstə çiçəyi oldun.
Torpağıma tükənməyən məhəbbətimsən.
Gözəllərin əlvan donu, ləçəyi oldun,
Arzuların torpaq üstə çiçəyi oldun.
loading...
Nəq:
Ağ qızılım, nəfəsisən sən gözəllərin,
İstəyisən, həvəsisən sən gözəllərin.
Ağ qızılım, nemətlərin neməti oldun,
Vətənin iftixarı, qüdrəti oldun.
İstəyisən, həvəsisən sən gözəllərin.
Ağ qızılım, nemətlərin neməti oldun,
Vətənin iftixarı, qüdrəti oldun.
Fərəhisən, sevincisən öz övladının
Təranələr övladının, söz övladının.
Üzün ağdır, tarlalarım, çöllərim mənim,
Qiymətini yaxşı bilir ellərim mənim.
Təranələr övladının, söz övladının.
Üzün ağdır, tarlalarım, çöllərim mənim,
Qiymətini yaxşı bilir ellərim mənim.
#minbirmahni
Ağ Qızılım - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Reviewed by noname
on
Ocak 15, 2019
Rating:
Hiç yorum yok: