Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Ad Gunu - Mahni Sozleri - Sarki Sozu
Söz: Aysel Əlizadə
Mus: Aygün Səmədzadə


Oturub tək - tənha öz otağımda,
Sənin ad gününü qeyd eləyirəm,
Əlim əl çəkməyir, yaş yanağımdan,
Sənin şərəfinə sağlıq deyirəm.


loading...
Nəqarət:
Ömrünə daha bir il gəldi sənin,
Hələ neçə illər səndən uzaqda.
Mən sənin qonağın ola bilmədim,
Bu gün, görən kimlər sənə qonaqdı.


Telefonum susur, qapım döyülmür,
Şamlar yavaş-yavaş əriyib sönür,
Öz doğum günündə yerin görünür,
Sənin ad gününü qeyd  eləyirəm.
Bu günün sevinci, kədəri mənim,
Təkcə hədiyyələr sənin olacaq.
Onların içində çox axtarsan da,
Tək mənim hədiyyəm bil, olmayacaq.






#minbirmahni
Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 15, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.