Məktəb İlləri - Mahnı Sözləri,Şarkı Sözü Lyrics



Söz: Kəmalə Abiyeva
Mus: Aygün Səmədzadə
İfa: Lalə Məmmədova



MƏKTƏB İLLƏRİ


Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.


Nəqarət:

Məktəb illəri…
Ömrümün ən şirin duyğulu qayğısız günləri…
Hər anı bir ömrə bərabər sehirli günləri…
Ən təmiz arzulu günləri….

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan…

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq…
MinBirMahnı
Məktəb İlləri - Mahnı Sözləri,Şarkı Sözü Lyrics Məktəb İlləri - Mahnı Sözləri,Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 09, 2017 Rating: 5

6 yorum:

Blogger tarafından desteklenmektedir.