Ziyafət Yaqubova - Əlimi Burax - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"Əlimi burax"
Söz-Mus: Gövhər Həsənzadə
İfa: Ziyafət Yaqubova

1.
Mən daha heç kəsə inanmıram!
Söz verirəm bu gündən!
Mən sənin üçün ağlamıram,
Yada düşüb xatirən.
Sən söylədin: çox sevirəm səni,
Mən inandım uşaq kimi.
Nə biləydim bu kədəri, qəmi
Sən mənə rəva bilərdin.

Nəqarət:
Əməlinə bax, əlimi burax
Unut ismimi, alma soraq,
Ürəyim onu unut, bir də sevmə, deyir.
Əməlinə bax, əlimi burax
Unut, səsimi duymayaraq,
Yaşadıqlarım mənə yuxu kimi gəlir.

Əlimi burax, əlimi burax
Sevgimiz yollarına həsrətini səpib
Əməlinə bax, əlimi burax,
O gedən mən deyiləm,
Qəlbsiz, tənha, qərib.


2.
Mən daha heç kəsi gözləmirəm
Ürəyim yolda qalsa da.
Mən tənhalığa öyrənirəm
Nə qədər çətin olsa da.
Sən söylədin: sevirəm səni
Mən inandım uşaq kimi.
Nə biləydim qəlbindəki yeri
Sən mənimçün çox görərdin.



MinBirMahni
Ziyafət Yaqubova - Əlimi Burax - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Ziyafət Yaqubova - Əlimi Burax - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 24, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.