Yalçın Rzazadə - Uzaq Ulduzlar - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"Uzaq ulduzlar"
Söz: İsgəndər Coşqun
Mus: Oqtay Kazımi
İfa: Yalçın Rzazadə, 1976
Müşayiət: Tofiq Əhmədov, ESO


1.
Aramızda
min ömürlük yollar var,
Ulduzlar, ulduzlar, uzaq ulduzlar.
Zaman gələr,
gün yetişər, vaxt ötər,
Olarıq sizə də qonaq, ulduzlar.
Bu arzuyla
gah aşkar, gah da mən gizlicə,
Süzərəm sizləri hər gecə.

Nəqarət:
Bu bir qaydadır,
bu dünyada əzəl zamandan,
Hər bir insanın
öz ulduzu yanar gecələr.
Siz, ey ulduzlar,
bir bilsəydim, bilsəydim bir az,
Məni hansınız
yad eyləyib, anar gecələr...
Ey çılçıraq ulduzlar,
Bizdən uzaq ulduzlar.
2.
Çoxlarının
qoşulmayan nəğmələrdə,
Dillərdə
nə söhbəti, nə ünvanı, adı var.
Dünyamıza
ləzzət verib, gün bəzər,
Nurunu gözümüzün nuruna qatar.
Göy mavi,
göy əlvan, rəngbərəngdir köynək,
Ulduzlar qızılı düymə tək.
MinBirMahni
Yalçın Rzazadə - Uzaq Ulduzlar - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Yalçın Rzazadə - Uzaq Ulduzlar - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.