Ulduz k/f Məhəmməd və Züleyxanın Dueti - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics


"Ulduz" komediyasından Məhəmməd və Züleyxanın dueti.

Söz: Zeynal Cabbarzadə
Mus: Süleyman Ələsgərov
Ifa: Nəsibə Zeynalova, Lütfəli Abdullayev

1.
- Göz qaralır, baş fırlanır, adam solur eşqdən.
   Gör, dünyada nələr olur, nələr olur eşqdən.
   Mən də sərbəst bir adamam, yoldaşam qadınlara.
   Polad kimi ürəyim var! Sevgi hara - mən hara?!
   Adın nədir?
- Züleyxa!
- Aşıq olmazsan ki?
- Yox ha!

Nəqarət:
- Heç bilirsən eşq nədir?! Kişilərin kələyi!!!
   Mən sevmirəm o ad ilə min cür yalan deməyi!
   Qadın, kişi - bərabərdir! Sevgi nədir?! Eşq nədir?!
   Avaralıq eləmək üçün bunlar bir bəhanədir!
   Adın nədir?
- Məhəmməd!
- Sözümüz sözdür?
- Əlbət!

2.
- Mən bilirəm, sənin kimi yoldaş tapmaq çətindir.
   Məhəmmədin yoldaşlığı əzimlidir, mətindir.
   Biz dost olaq axıracan, axıracan bir olaq.
   Həyatda bir yol götürək, əməkdə əlbir olaq.
   Adın nədir?
- Züleyxa!
- Aşıq olmazsan ki?
- Yox ha!



Nəqarət:
- Mən sevmirəm hər tin başı tənbəl yatan kişini!
   Adam gərək, namus ilə başa verə işini!
   Əlini ver, məncə budur sənlə mənim məqsədim.
   Sənin kimi üzüyola mən dünyada görmədim.
   Adın nədir?
- Məhəmməd!
- Sözümüz sözdür?
- Əlbət!





MinBirMahni
Ulduz k/f Məhəmməd və Züleyxanın Dueti - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Ulduz k/f Məhəmməd və Züleyxanın Dueti - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 24, 2017 Rating: 5

1 yorum:

  1. Həmin mahnını adın axtarıram bilsəniz zəhmət olmasa deyərdiz də

    YanıtlaSil

Blogger tarafından desteklenmektedir.