Sahilə Gəl - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
"Sahilə gəl"
Söz: Mikayıl Müşfiq
Mus: Vasif Adıgözəlov
Mus: Vasif Adıgözəlov
1.
Bu gecə nə qədər xoş gecədir,
Bir qara qız kimi tellicədir.
Göy işıq, yer işıq,
Hər tərəf yaraşıq.
Sevgilim, yubanma, gəl,
Dayanma, sahilə gəl,
Bu gecə nə qədər xoş gecədir,
Bir qara qız kimi tellicədir.
Göy işıq, yer işıq,
Hər tərəf yaraşıq.
Sevgilim, yubanma, gəl,
Dayanma, sahilə gəl,
Nıqarət:
Ulduzlar göylərə nur səpələr,
Bir bölük uşaqdır şən ləpələr.
Onların əlində top kimi ay,
Sevgilim, başında ağ kəlağay
Sahilə gəl, sahilə gəl.
Seyr elə gəl, seyr elə gəl,
Sahilə gəl.
Ulduzlar göylərə nur səpələr,
Bir bölük uşaqdır şən ləpələr.
Onların əlində top kimi ay,
Sevgilim, başında ağ kəlağay
Sahilə gəl, sahilə gəl.
Seyr elə gəl, seyr elə gəl,
Sahilə gəl.
2.
Gəl, ipək saçını mən oxşayım,
Səninlə bir an da mən yaşayım
Zövqünü illərin,
Dağınıq tellərin
Tökülsün üzümə.
Qulaq as sözümə.
Gəl, ipək saçını mən oxşayım,
Səninlə bir an da mən yaşayım
Zövqünü illərin,
Dağınıq tellərin
Tökülsün üzümə.
Qulaq as sözümə.
MinBirMahni
Sahilə Gəl - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics 
 
        Reviewed by noname
        on 
        
Eylül 24, 2017
 
        Rating: 
 
        Reviewed by noname
        on 
        
Eylül 24, 2017
 
        Rating: 

Hiç yorum yok: