Əlibaba Məmmədov - Min Yaşasın - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
"Min yaşasın"
Söz: Rasim Kərimli
Mus: Əlibaba Məmmədov
İfa: Əlibaba Məmmədov
Mus: Əlibaba Məmmədov
İfa: Əlibaba Məmmədov
1.
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Nəqarət:
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
2.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
MinBirMahni
Əlibaba Məmmədov - Min Yaşasın - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Reviewed by noname
on
Eylül 23, 2017
Rating:
Çox gözəl mahnıdır və Əlibaba Məmmədov oxuyanda daha da gözəl olur❤️
YanıtlaSil