Zeynəb Xanlarova - Gözümdə Leylisən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
"Gözümdə Leylisən"
Söz: Rüfət Əhmədzadə
Mus: Emin Sabitoğlu
Ifa: Zeynəb Xanlarova 1982
Mus: Emin Sabitoğlu
Ifa: Zeynəb Xanlarova 1982
1.
Gözümdə Leylisən,
Nədən gileylisən,
Nədən gileylisən, yar?
Nə deyərlər bizə
Gələndə üz-üzə?
Danışmırsan, dinmirsən yar.
Gözümdə Leylisən,
Nədən gileylisən,
Nədən gileylisən, yar?
Nə deyərlər bizə
Gələndə üz-üzə?
Danışmırsan, dinmirsən yar.
Nəqarət:
Gülər üzlüm, şirin sözlüm,
Ala gözlüm, dön bəri bax.
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq.
Gülər üzlüm, şirin sözlüm,
Ala gözlüm, dön bəri bax.
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq.
Qəlbimin parasısan,
Dərdimin çarasısan,
Gözümün qarasısan, gəl.
Dərdimin çarasısan,
Gözümün qarasısan, gəl.
Arzumsan, diləyimsən,
Həmişə gərəyimsən,
Döyünən ürəyimsən, gəl.
Nədir bu qədər naz,
Sevgi belə olmaz,
Danışmırsan, gülmürsən, yar.
Sevgi belə olmaz,
Danışmırsan, gülmürsən, yar.
2.
Könlüm olmaz aram,
Səni arzularam,
Səni arzularam, yar.
İnan mənə, inan,
Sözümdə yox yalan,
Sözümdə yox yalan, yar.
Könlüm olmaz aram,
Səni arzularam,
Səni arzularam, yar.
İnan mənə, inan,
Sözümdə yox yalan,
Sözümdə yox yalan, yar.
MinBirMahni
Zeynəb Xanlarova - Gözümdə Leylisən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Reviewed by noname
on
Eylül 23, 2017
Rating:
Hiç yorum yok: