Fatma Mehrəliyeva - Olmaz Olmaz deyirsən - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
"Olmaz-olmaz"
Söz: Qasım Qasımzadə
Mus: Zöhrab Abdullayev
İfa: Fatma Mehrəliyeva, 1957
Müşayiət: Əhməd Bakıxanov, XÇA Ans.
Mus: Zöhrab Abdullayev
İfa: Fatma Mehrəliyeva, 1957
Müşayiət: Əhməd Bakıxanov, XÇA Ans.
1.
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar.
Deyəndə ki, gəl qayıqda gəzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar.
Deyəndə ki, gəl qayıqda gəzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
2.
Ay ucalır, gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı.
Üşüyürsən, bir yaxına gəl barı.
Qəzəbdənmi, alovdan don geyirsən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
Ay ucalır, gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı.
Üşüyürsən, bir yaxına gəl barı.
Qəzəbdənmi, alovdan don geyirsən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
3.
Sübh şəfəqə boyayanda aləmi,
Töküləndə çiçəklərin şeh nəmi,
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərimi əlindən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
Sübh şəfəqə boyayanda aləmi,
Töküləndə çiçəklərin şeh nəmi,
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərimi əlindən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
MinBirMahni
Fatma Mehrəliyeva - Olmaz Olmaz deyirsən - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Reviewed by noname
on
Eylül 29, 2017
Rating:
Çox sevdiyim ve unutmayacagim mahnı di. Rehmetlik anam xeste yatağında olandan onunla birge oxuduğum mahnidi.
YanıtlaSil