Düz Bir İldir - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"Düz bir ildir"  
Söz: Tacəddin Şahdağlı                                
Mus: Ələkbər Tağıyev   





1.                                                                                                                                                                                        
Bir gözələ vurulmuşam,
Ətrafında dolanmışam.
Can deməkdən yorulmuşam...
Nə güldürür, nə öldürür
Nə dirildir, düz bir ildir...

2.
Yaxasının ilməsi var,
Şirin-şirin gülməsi var.
Hər sirrimi bilməsi var...                                     
Nə güldürür, nə öldürür
Nə dirildir, düz bir ildir...


3.                        
Gözü qara, buxağı ağ,
Sinəm üstə çəkibdir gağ,
Deyirəm gəl, bir toy quraq...
Nə güldürür, nə öldürür
Nə dirildir, düz bir ildir...                                  
MinBirMahni
Düz Bir İldir - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Düz Bir İldir - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 24, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.