Anatollu Qəniyev - İlk Görüşdən Gəlirəm - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"İlk görüşdən gəlirəm"
Söz: Məstan Günər
Mus: Polad Bülbüloğlu
İfa: Anatollu Qəniyev, 1965
Müşayiət: Əhsən Dadaşov, XÇA Ans


1.
Əsdi çinar yarpağı,
Nəğmə dedi küləklə.
İndi qızın dodağı
Bir döyündü ürəklə.

Nəqarət:

Gəldi ömrümün
Gənclik illəri,
Ah, nə şadam mən!
Baxın həsrətlə,
İndi gəlirəm
Mən ilk görüşdən!

2.
Ürəyimi vermişəm,
Şahid oldu tellərin.
Bəlkə, yuxu görmüşəm,
Əlimdəydi əllərin.

Nəqarət:

Ondan güllərin
Ətri gəlirdi,
Ah, nə şadam mən!
Baxın həsrətlə,
İndi gəlirəm
Mən ilk görüşdən.

3.
Çıxdıq uca dağlara,
Çıxdı yamac boyunca.
Gördüm onun qapqara
Gözlərini doyunca!


Nəqarət:

Qoşa gəzirdik
Çiyin-çiyinə,
Ah, nə şadam mən!
Baxın həsrətlə,
İndi gəlirəm
Mən ilk görüşdən!

4.
Könül açdım ilk dəfə,
"Nə qəşəngsən sən!", dedim.
Çəkdi birdən qəhqəhə,
Qaçdı, tuta bilmədim.

Nəqarət:

Getdi gözümdən,
Gələr o bir də,
Ah, nə şadam mən!
Baxın həsrətlə,
İndi gəlirəm
Mən ilk görüşdən!
MinBirMahni
Anatollu Qəniyev - İlk Görüşdən Gəlirəm - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Anatollu Qəniyev - İlk Görüşdən Gəlirəm - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.