Xalq Mahnısı - Nar Ey Nar, Mahnı Sözləri
Xalq Mahnisi - Nar Ey Nar, Mahni Sozleri
Su gəlir arxa nə var hey nar ey nar
Çiməndə arxa nə var gül ey reyhan
Mən yarnan danışıram hey nar hey nar
Bilmirəm xalqa nə var gül ey reyhan...
Suyun bəndinə qurban hey nar hey nar
Yarın kəndinə qurban gül ey reyhan
Həyətdə at yəhərlər hey nar hey nar
Sinəbəndinə qurban gül ey reyhan...
Çəltiyə basma ayaq hey nar hey nar
Ləkləri birgə sayaq gül ey reyhan
Belə şirin sevginin hey nar hey nar
Adını biz nə qoyaq gül ey reyhan...
Xalq Mahnısı - Nar Ey Nar, Mahnı Sözləri
Reviewed by minbirmahni
on
Haziran 09, 2016
Rating:
Hiç yorum yok: