Xalq Mahnısı - Ay Sona, Mahnı Sözləri

Xalq Mahnisi - Ay Sona, Mahni Sozleri



Ay Sona gün getdi dağ başına
Ay Sona yar örtüb ağ başına
Yar örtüb ağ başına...

Ay Sona oğlan şamamı istər
Ay sona dolanar tağ başına
Dolanar tağ başına...

Ay Sona dağdan gəlin gəlsən
Ay Sona duvağı yellənərsən
Duvağı yellənərsən...


Ay Sona qurban olum o günə
Ay Sona qardaş üçün gələsən
Qardaş üçün gələsən...

Ay Sona getdiyin Bakı olsun
Ay Sona yara təvəkkül olsun
Yara təvəkkül olsun...

Ay Sona yara yaylıq demişəm
Ay Sona yeri bozarmış olsun
Yeri bozarmış olsun...

Xalq Mahnısı - Ay Sona, Mahnı Sözləri Xalq Mahnısı - Ay Sona, Mahnı Sözləri Reviewed by mirt shkola on 19:44:00 Rating: 5
Blogger tarafından desteklenmektedir.