Xalq Mahnısı, Yeri Dam Üstə Yeri, Mahnı Sözləri, Lyrics

XALQ MAHNİSİ,
YERİ DAM USTE YERİ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

1 ci bənd

Yeri dam üstə yeri balam
Ay qızıl cam üstə yeri
Ayaqların incisə balam
Gəl çıx sinəm üstə yeri...


- nəq -

Getdim gördüm yar otaqda
Qoşa - qoşa xal yanaqda
Busə yeri var buxaqda
Al yanaqda, ay yanaqda, gül yanaqda...

2 ci bənd

Dam üstədir damımız
Ay qoşadır eyvanımız
Sən ordan çıx, mən burdan
Qoy kor olsun düşmanımız...

3 cü bənd

Zərxaradan arxalıq balam
Ay əşrəfidən yaxalıq
Bir busə vet o xaldan balam
Ay dadına yetsin xalıq...

4 cü bənd

Ayağında çəkməsi balam
Ay qızıldandır düyməsi
Nazlı ceyrana bənzər balam
Yarın özünü öyməsi...
Xalq Mahnısı, Yeri Dam Üstə Yeri, Mahnı Sözləri, Lyrics Xalq Mahnısı,  Yeri Dam Üstə Yeri, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Nisan 15, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.