Niyam Selami ft Mətanət , Hanı O Sevgimiz , Mahnı Sözləri, Lyrics + Video

NİYAM SELAMİ
METANET EDEDOVA,
HANİ O SEVGİMİZ 2016
Mahni sozleri,
Online Mahni kitabi


İnana bilmirəm, sən olduğuna...
Kimin gözü dəydi, görəsən bizə?
Son günlər gözlərim qaçır gözündən,
Beləmi yad olduq, bir-birimizə?


Gözüm yollardadır, könlüm sorağda,
Özün yanımdasan, fikrim uzaqda...
Hicran sığallayır, bizi yataqda,
Beləmi yad olduq, bir-birimizə?

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?

Nə küskün qəlbimin könlün alırsan,
Nə həsrət telimi sığallayırsan,
Hər gün ortalığa bir söz salırsan,
Beləmi yad olduq, bir-birimizə?

Bir vaxtacan sirdaşın, yarın mən idim,
Eşqin, məhəbbətin, varın mən idim,
İlk bahar günəşin, barın mən idim,
Beləmi yad olduq, bir-birimizə?

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?
Söz: Xuraman Vəfa
Mus: Nailə Mirməmmədli

Niyam Selami ft Mətanət , Hanı O Sevgimiz , Mahnı Sözləri, Lyrics + Video Niyam Selami ft Mətanət , Hanı O Sevgimiz , Mahnı Sözləri, Lyrics + Video Reviewed by minbirmahni on Nisan 26, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.