Şövkət Ələkbərova, Toy Olacaq , Mahnı Sözləri, Lyrics

SOVKET ELEKBEROVA,
TOY OLACAQ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

1 ci bənd

Gözünü süzdün, ay yarım
Bu necə gözdür, ay yarım
Tez - tez küsüb barışma gəl,
Biraz da gözlə, ay yarım...


loading...


- nəq -

Ay bəri bax, bəri bax, bəri bax
Yazdan əvvəl toy olacaq...

2 ci bənd

Gül açanda bənövşələr,
Yaşıl geyər göy meşələr.
Əlində qızıl çələngi
Toyuma baharım gələr...

- nəq -

Ay bəri bax, bəri bax, bəri bax
Yazdan əvvəl toy olacaq...

3 cü bənd

Xınalı zərif əllərin
Oxşayır zərif güllərə.
Bir cüt göyərçin sayağı
Dolanırıq bu ellərə...

- nəq -

Ay bəri bax, bəri bax, bəri bax
Yazdan əvvəl toy olacaq...


Söz: Fikrət Qoca
Mus: Ramiz Mirişli

Şövkət Ələkbərova, Toy Olacaq , Mahnı Sözləri, Lyrics Şövkət Ələkbərova,  Toy Olacaq , Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 16, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.