Rəşid Behbudov , Sevgi Valsı (Əziz Dost) Mahnı Sözləri, Lyrics

RƏŞİD BEHBUDOV,
SEVGİ VALSI (ƏZIZ DOST)
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Bir vaxt uşaq idik,
Dost idin mənə,
Başaçıq, ayaqyalın
Gəzərdik bağları.


Səni gördüm, dostum,
Yad etdim yenə,
Bir şirin yuxu kimi,
Ötən o çağları...

Ah, niyə, nə üçün,
Mən beləyəm bəs bugün,
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən...

- nəq -

Nə qəşəngsən, nə gözəlsən,
Bu axşam sən, əziz dost...

2 ci bənd

Bu vür gözəlliyi bəs mən o zaman
Nə üçün hiss etmədim
Dostum bu gün ki tək?
Bu gün nə olsa da, əzizim inan,
Öz sözün deyər sənə daha sevən ürək...

Ah, niyə, nə üçün,
Mən beləyəm bəs bugün,
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən...

- nəq -

Nə qəşəngsən, nə gözəlsən,
Bu axşam sən, əziz dost...

Söz: Zeynal Cabbarzadə
Mus: Tofiq Quliyev

Rəşid Behbudov , Sevgi Valsı (Əziz Dost) Mahnı Sözləri, Lyrics Rəşid Behbudov , Sevgi Valsı (Əziz Dost) Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 06, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.