Rəşid Behbudov , Qızıl Üzük , Mahnı Sözləri, Lyrics + Karaoke Minus
RESHİD BEHBUDOV,
QİZİL UZUK ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı
QİZİL UZUK ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı
1 ci bənd
Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır bu gün, nədəndir?
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir...
Könlüm açılmayır bu gün, nədəndir?
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir...
2 ci bənd
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz , vurarıq başa..
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz , vurarıq başa..
loading...
3 cü bənd
Bulud gəzər, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə, qəm eyllər
Necə qalım sevgilimdən aralı ?
Bir baxışla dərdə yüz məlhəm eylər...
Yar yarından ayrı düşsə, qəm eyllər
Necə qalım sevgilimdən aralı ?
Bir baxışla dərdə yüz məlhəm eylər...
Söz: Rəsul Rza
Mus: Tofiq Quliyev
Mus: Tofiq Quliyev
Rəşid Behbudov , Qızıl Üzük , Mahnı Sözləri, Lyrics + Karaoke Minus
Reviewed by minbirmahni
on
Mart 15, 2016
Rating:
Hiç yorum yok: