Nazənin , Hardan Düşdün Sən Yadıma Bu Gecə, Mahnı Sözləri, Lyrics

NAZENİN ,
HARDAN DUSDUN SEN YADİMA,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

1 ci bənd

Baxışların qara etdi günümü,
Xatirələr ovutmayır könlümü.
Möhnətini necə çəkim, de necə?!
Hardan düşdün sən yadıma bu gecə.


- zil -
loading...

O tənhalıq mənlə getmir heç yola,
Nə olar, qayıt , qoyma gözlərim dola.
Yaşayırıq ömrümüzü beləcə,
Hardan düşdün sən yadıma bu gecə...

- nəq -

Fikirlərim yenə yaman qarışdı,
Duyğularım od tutuban alışdı.
Dedim bəlkə xatirələr yan keçə,
Hardan düşdün sən yadıma bu gecə...

2 ci bənd

Necə dözsün ayrılığa bu ürək,
Gözlərimi yummayacam sübhədək.
Qəsd edəcəm mən özümə beləcə,
Hardan düşdün sən yadıma bu gecə...

Söz: Zenfira Əlişqızı
Mus: Cabbar Musayev
Nazənin , Hardan Düşdün Sən Yadıma Bu Gecə, Mahnı Sözləri, Lyrics Nazənin , Hardan Düşdün Sən Yadıma Bu Gecə, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 25, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.