Məmmədbağır Bağırzadə, Süfrələrə Şam Düzün, Mahnı Sözləri, Lyrics

MEMMEDBAGİR BAGİRZADE,
SUFRELERE SHAM DUZUN,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı




1 ci bənd

Süfrələrə şam düzün,
Qoy arzular çin olsun!
Şölə saçan alovun biri də mənim olsun!
Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər...

loading...

- zil -

Yurdumuza yaz gəlir!
Qoy barışsın küsənlər!
Tale sizə yar olsun
Sevilənlər, sevənlər...

- nəq -

Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Baharın nemətidir, elə obaya...

2 ci bənd

Evlərimiz bəzənsin, toy-bayrama qarışsın!
Hər həyətdə bir tonqal,
Ay, ulduzla yarışsın.

Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər...

- zil -

Yurdumuza yaz gəlir!
Qoy barışsın küsənlər!
Tale sizə yar olsun
Sevilənlər, sevənlər...

- nəq -

Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Bahar necə yaraşır, Azərbaycana

Söz: Sabir Rüstəmxanlı
Musiqi: Məmmədbağır Bağırzadə
Məmmədbağır Bağırzadə, Süfrələrə Şam Düzün, Mahnı Sözləri, Lyrics Məmmədbağır Bağırzadə,  Süfrələrə Şam Düzün, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 16, 2016 Rating: 5

2 yorum:

Blogger tarafından desteklenmektedir.