Məmmədbağır Bağırzadə, Qubalı Qız, Mahnı Sözləri, Lyrics

MƏMMƏDBAĞIR BAĞIRZADƏ,
QUBALI QIZ,
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Şahdağından əsən yellər 
Saçlarını darasın,
Səni sevən qudyalçayın
Sahilində arasın.

Dilin ana torpağımın
Meyvəsindən şirindir,
Məhəbnətin ürəyimdə
Dəryalardan dərindir.

- nəq -

Sən ömrümüm çiçəyisən
Qubalı qız, qubalı
Göycəklərin, göyçəyisən
Qubalı qız, qubalı...

2 ci bənd

Nəfəsindən duyuram mən
Çiçəklərin ətrini
Bu dünyada mənim qədər
Bilən hanı qədrini?!

Şöhrətini ulduzlara,
Aya, günə yazmışam
Şöhrətini məhəbbətlə
Ürəyimdən asmışam.

- nəq -

Sən ömrümün çiçəyisən
Qubalı qız, qubalı
Ürəyimin ürəyisən,
Qubalı qız, qubalı...

3 cü bənd

Xəzan bilməz ömrümüzün
Bu mənalı çağında
Gül, həmişə bahar gülsün
Eşqimizin bağında

Canan dedin gecə - gündüz,
Mənim ürək tellərim,
Ağ göyərçin əllərindən
Ayrılmasın əllərim...
Məmmədbağır Bağırzadə, Qubalı Qız, Mahnı Sözləri, Lyrics Məmmədbağır Bağırzadə,  Qubalı Qız, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 06, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.