Məmmədbağır Bağırzadə, Bayram Günü , Mahnı Sözləri, Lyrics

MEMMEDBAGİR BAGİRZADE,
BAYRAM GUNU ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

Ey ana yurdum bəzənibsən tamam
Tazə gəlin tək yenə bayram günü
Təbrik edim şeir ilə bayramını
Nəğmə qoşum mən sənə bayram günü.



Gəldi yenə tazə bahar, tazə il
Günlərə ay, aylara əndazə il
Xəlqimizi dəvət edər yazə il
El çıxacaq gülşənə bayram günü...

Hiss olunur badi səbanın dəmi
Zövqi səadət bürüyüb aləmi
Böylə deyirlərki görüb Adəmi
İlk dəfə Həvva nənə bayram günü...

Süfrə açıb şirin düzək çay verək
Bir birinin təbrikinə hay verək
Gəl gözəlim eşqimizdən pay verək
Sən mənə, məndə sənə bayram günü...

Köhnə əsrdə qala qoy ahu zar
Bayram edib ömr eliyək bəxtiyar
Qəlbi sınan, könlü küsən harda var
Öz evinə qoy dönə bayram günü...


Söz: Ələmdar Mahir
Mus: Məmmədbağır Bağırzadə
Məmmədbağır Bağırzadə, Bayram Günü , Mahnı Sözləri, Lyrics Məmmədbağır Bağırzadə,  Bayram Günü , Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 16, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.