Hüseynağa Hadıyev, Sən Olmuşam , Mahnı Sözləri, Lyrics

HUSEYNAGA HADİYEV ,
SEN OLMUSAM ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

1 ci bənd

Sən coşqun dənizsən, yoxsa bir ada ?
Sən şirin nəğməsən, yoxsa bir səda ?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam,
Sənin gülüşünə gülən olmuşam...


loading...


- nəq -

Sevinən , gülən mən olmuşam
Sirrini bilən , mən olmuşam,
Mən olmuşam...

2 ci bənd

Pəncərəm Günəşə açılır deyə,
Günəşdə bənzəyir nur piyaləyə.
Dağda şəlaləyə, düzdə laləyə,
Sənin baxışınla baxan olmuşam,
Dalınca su kimi axan olmuşam...

- nəq -

Yoluna baxan mən olmuşam.
Dərdinə yanan  mən olmuşam,
Mən olmuşam...

3 cü bənd

Sən gedən yolların yolçusuyam mən,
Sən gəzən dağların ovçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Səninçün alışan, sönən olmuşam
Mən özüm deyiləm, mən sən olmuşam...

- nəq -

Alışan, sönən mən olmuşam
Özüm deyiləm sən olmuşam,
Sən olmuşam...


Söz: Gəray Fəzli
Mus: Emin Sabitoğlu



Hüseynağa Hadıyev, Sən Olmuşam , Mahnı Sözləri, Lyrics Hüseynağa Hadıyev,  Sən Olmuşam , Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 17, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.