Flora Kərimova, Fikir Eləmə, Mahnı Sözləri, Lyrics

FLORA KERİMOVA ,
FİKİR ELEME ,
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı

Sən fikir eləmə, gözəldir həyat,
Nə qədər mən sağam, fikir eləmə.
Bu gün yanındayam, sabah hardasa,
Demə mən uzağam , fikir eləmə...


Sən fikir eləmə, yeri qar alsa
Göyü bulud örtüb dumanlar alsa
Mən odam, ocağam fikir eləmə
Yenə yanacağam fikir eləmə...

Sən fikir eləmə heç vaxt dünyada
Mən getsəm, mən qalsam ayağın altda
Orda da torpağam fikir eləmə
Orda da dayağam, fikir eləmə...

Söz: Nəriman Həsənzadə
Mus: Emin Sabitoğlu

Flora Kərimova, Fikir Eləmə, Mahnı Sözləri, Lyrics Flora Kərimova, Fikir Eləmə, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 30, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.