Namiq Qaraçuxurlu Qaşı Qara Gözü Qara - Sözləri

NAMİQ QARAÇUXULU
QAŞI QARA GÖZÜ QARA
(Yumuram Gözlərimi)
     Mahnı Sözləri
-1 ci bənd-
Bir vaxtı cavan idim, can deyərdi hər sözümə,
Yaş ötüb qocalmışam indi baxmayır üzümə
Belə bir söz deyərdi ölənə qədər səninləyəm
Mən indi can üstəyəm o, isə görünmür gözümə.


O, görünmür gözümə, halı pərişən gedirəm.
Baxıram rəsmimizə gözləri bir yan gedirəm.
Mən üçün doğma olan, nazlı, gözəl dilbərimin
Halını sormamışam yaman nigaran gedirəm.



                  -nəq-


Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Məni çox çəkdi dara.



-2 ci bənd -


loading...

Yumuram gözlərimi üz tutub o dünyaya
Məni salmış Yaradan belə bir sevdaya
Yaxşısı budur ölüm qurtarım canımı
Nə dağa külüc vurum, nə də ki, düşüm səhraya.


Nə də avara gəzim güşeyi meyxanələri,
Özümə həmdəm edim, mey dolu peymanələri,
Bilirəm meydə mənim dərədimə dərman eləməz,
Ona aludə görəndə dəli divanələri...


-nəq-
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Məni çox çəkdi dara...
Namiq Qaraçuxurlu Qaşı Qara Gözü Qara - Sözləri Namiq Qaraçuxurlu  Qaşı Qara Gözü Qara - Sözləri Reviewed by minbirmahni on Şubat 11, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.