Flora Kərimova Nə Bəxtiyardıq, Mahnı Sözləri, Lyrics + Minus Karaoke

FLORA KƏRİMOVA
NƏ BƏXTİYARDIQ (Gül Baxçalar)
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Gül baxçalar arasında qoşa gəzdik,
Axşamacan yorulmazdıq, inciməzdik,
Bulud ötər, ulduz axar, biz baxardıq,
Nə bəxtiyardıq!..


Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..

- nəq -

Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...

2 ci bənd

Hərdən, hərdən o günlərim düşür yada,
Şana tellər zaman-zaman ağarsa da,
İllər ötür, o günləri xatırlaram,
Nə bəxtiyardıq...

Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..

- nəq -

Ey alovlu günlərim,
Qəlbimdə yurd salan, sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...

Flora Kərimova Nə Bəxtiyardıq, Mahnı Sözləri, Lyrics + Minus Karaoke Flora Kərimova Nə Bəxtiyardıq, Mahnı Sözləri, Lyrics + Minus Karaoke Reviewed by minbirmahni on Şubat 18, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.