Ağadadaş Ağayev Sən Oldun Mahnı Sözü
Hər yerdə hər zaman
Sınayıram mən səni
Gah səndən küsürəm
Qınayıram mən səni
Sınayıram mən səni
Gah səndən küsürəm
Qınayıram mən səni
Həmişə yaxşı günümdə
Gözüm səni axtarır
Ən çətin günümdə
Arayıram mən səni
Dərd çəkib mənimlə
Bir sevinib şən oldun
Yenədə axırda mənə qalan
Sən oldun...
- Nəq -
Sən oldun Sən Oldun
Aman yerim sən oldun
Sən oldun Sən Oldun
Güman yerim sən oldun
Hər yandan əllərimi əllərimi üzəndə
Sən oldun pənahım, uman yerim
Sən Oldun...
Bir sevinib şən oldun
Yenədə axırda mənə qalan
Sən oldun...
- Nəq -
Sən oldun Sən Oldun
Aman yerim sən oldun
Sən oldun Sən Oldun
Güman yerim sən oldun
Hər yandan əllərimi əllərimi üzəndə
Sən oldun pənahım, uman yerim
Sən Oldun...
- 2 ci Bənd -
Gün olub qədrini
Bilməmişəm mən sənin
Gün olub üzünə
Gülməmişəm mən sənin
Sən hərdən inciyib
Ağlamısan bəlkədə
Gen gəzib göz yaşlarını
Silməmişəm mən sənin
Gün olub qədrini
Bilməmişəm mən sənin
Gün olub üzünə
Gülməmişəm mən sənin
Sən hərdən inciyib
Ağlamısan bəlkədə
Gen gəzib göz yaşlarını
Silməmişəm mən sənin
Dost dosta tən gərək
Sən mənimlə tən oldun
Yenə də axırda
Mənə qalan SƏN OLDUN...
Sən mənimlə tən oldun
Yenə də axırda
Mənə qalan SƏN OLDUN...
Söz: Baba Vəziroğlu
Ağadadaş Ağayev Sən Oldun Mahnı Sözü
Reviewed by minbirmahni
on
Şubat 08, 2016
Rating:
Hiç yorum yok: