Dostlarım,gəlin - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Dostlarım, gəlin
Mus.: Telman Hacıyev
Söz.: Fikrət Qoca
Ay dostlarım, gəlin, deyək gülək, oynayaq
Gəlin, dostlarım, gəlin, həyat kimi qaynayaq.
Nəq.:
Biz odlardan doğulduq, odlarıq,
Dost yolunda tufanlar adlarıq.
Biz işıqla bəzənmişik elləri
Laləzara çevirmişik çölləri.
Bu dünyanı, gərək, eşqimizlə bəzəyək
Biz başımız üstə, al Günəşə bənzəyək.
Gəl gözləri göyçək, könlü incə gözəlim
Bir yarışdır həyat, gedək öncə, gözəlim
Dostlarım,gəlin - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Ocak 08, 2020
Rating:
Hiç yorum yok: